Bayden yenə namizəd olacaq - "Ağ ev"
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ Prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək seçkilərdə namizəd olacaq.
Telexeber.az xəbər verir ki, bu barədə "Ağ evi"n mətbuat katibi Karin Jan-Pyer bildirib. O deyib ki, Bayden özü də bu barədə açıqlama verib. “Prezidentin də bildirdiyi kimi o, 2024-cü ildə namizəd olmağı planlaşdırır”- deyə sözçü ifadə edib.
Qeyd edək ki, keçmiş Prezident Donald Tramp da 2024-cü ilin prezident seçkilərində namizəd olmaq istədiyini açıqlamışdı.