Co Baydenin ABŞ prezidentliyinə namizədliyi rəsmiləşdi
- 19.08.2020, 14:44,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ-da Demokratlar partiyasından Co Bayden ABŞ prezidentliyə namizədliyini rəsmi şəkildə irəli sürüb.
Telexeber.az xəbər verir ki, bu Miluoki şəhərindəki partiyanın ümumi səsverməsindən sonra müəyyənləşib. Belə ki, Bayden toplantıda səs verən partiya nümayəndələrinin daha çoxunun dəstəyini qazanıb.
Demokratların iclası koronavirus pandemiyası səbəbindən bu həftə virtual formatda təşkil olunub.
3 noyabrda keçiriləcək seçkilərdə Bayden hazırkı prezident Donald Trampa rəqib olacaq.
Mənbə: The Guardian