Nə oldu Mitsotakis?: Ərdoğanın “fəlakət olacaq” xəbərdarlığı yunanları geri çəkilməyə məcbur etdi

Nə oldu Mitsotakis?: Ərdoğanın “fəlakət olacaq” xəbərdarlığı yunanları geri çəkilməyə məcbur etdiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstanın Egey dənizindəki hərbi fəaliyyəti ilə bağlı “Zarafat etmirəm, sonu fəlakət olacaq” sözlərindən sonra Afina geri addım atıb.

Telexeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis gərginliklə bağlı mülayim açıqlamalar verib. O bildirib ki, gərginliyin olmasına baxmayaraq, Türkiyə ilə münasibətlər pis deyil. Kiriakos Mitsotakis Ərdoğanla görüşmək istədiyini dilə gətirib:

“Yunanıstan və Türkiyə arasındakı münasibətlərdə gərginliklər olur. Ərdoğanla mart ayındakı görüşümüz həqiqətən çox müsbət ab-havada keçdi. Türkiyə və Türk xalqı ilə davamlı, yaxşı və dostluq münasibətləri qurmağı səbirsizliklə gözləyirəm. Türkiyə və Türkiyə xalqı ilə problemimiz ola bilməz. Türkiyə ilə Yunanıstan arasında meydanda deyil, açıqlamalarda böyük gərginlik var”.

Türkiyə mediası Mitsotakisin Ərdoğanın sərt bəyanatı qarşısında geri addım atmasını “Nə oldu Miçotakis” başlığı ilə manşetlərə daşıyıb.

Qeyd edək ki, Yunanıstanın hərbi fəaliyyətin qadağan edildiyi adaları silahlandırması Türkiyədə etiraz yaradıb.Rəcəb Tayyib Ərdoğan Yunanıstanı adaları silahlandırmaqdan imtina etməyə, beynəlxalq müqavilələrə əməl etməyə çağırıb. O bildirib:

“Beynəlxalq müqavilələrə əməl edin. Yunanıstanı təhrik etmələrini soyuqqanlı şəkildə qarşıladıq. Ancaq bu səbrimiz qarşı tərəfdə səhv başa düşülür. Yunanıstan ağlını başına alsın. Türkiyə lazım olanda hüquqlarını müdafiə etmək üçün geri addım atmaz”.
Nə oldu Mitsotakis?: Ərdoğanın “fəlakət olacaq” xəbərdarlığı yunanları geri çəkilməyə məcbur etdi
Популярный ролик