Ərdoğandan ŞOK BƏYANAT: Türk qırıcıları hərəkətə keçdi - Moskva güzəştə gedəcək / ŞƏRH

Ərdoğandan ŞOK BƏYANAT: Türk qırıcıları hərəkətə keçdi - Moskva güzəştə gedəcək / ŞƏRHTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstanın Baş naziri Kiryakos Miçotakis barədə dediyi “o mənim üçün daha yoxdur” sözlərindən sonra Egey dənizində gərginlik artıb.

Telexeber.az xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb. Yunanıstanın nüfuzlu “Kathimerini” qəzeti yazır ki, Türkiyə qırıcıları Egey dənizində Yunanıstanın nəzarət etdiyi adalar ətrafında tez-tez sərhədi pozur. Müəllif Türkiyənin bu həmləsini “meydan oxumaq” kimi dəyərləndirib. Yunanıstan hökumətindəki mənbə qəzetə açıqlamasında Ərdoğanın bəyanatının 3 məqsədi olduğunu irəli sürüb. Mənbə iddia edib ki, Ərdoğan bu bəyanatı ilə Qərbin Türkiyəyə daha çox ehtiyacı olduğunu, Türkiyənin bölgədə güc sahibi olduğunu nümayiş etdirmək istəyib. Üçüncü hədəf isə Ərdoğan Qərbin dəstəklədiyi baş nazirin ünvanına sərt ifadələr səsləndirməklə Rusiyadan daha çox güzəşt gözləyir. Mənbənin iddiasına görə, Ərdoğan Rusiyadan güzəşt gözlədiyi üçün Moskvanın maraqlarına uyğun olaraq Finlandiya və İsveçin NATO-ya qoşulmasına veto qoyub.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Miçotakisin ikiüzlü siyasət yürütdüyünü, onunla bir daha ünsiyyət qurmayacağını ifadə edib: “Yunanıstanda 10-a yaxın hərbi baza var. Bu bazalarla Yunanıstan kimi təhdid edir? Bu bazalar Yunanıstanda niyə var? Özü ( Red: Miçotakis - Yunanıstanın baş naziri) ilə görüşdük. Aramıza 3-cü ölkənin girməməsi barədə razılığa gəldik. Buna baxmayaraq ABŞ-da Senatoda çıxışında Türkiyənin əleyhinə nə lazımdırsa dedi. Türkiyəyə F-16-ları verməyin deyə xəbərdarlıqlar etdi. Artıq mənim üçün Miçotakis deyə birisi yoxdur. Çünki biz sözünə əməl edən onurlu şəxsiyyətlərlə yola çıxarıq”.
Популярный ролик