Consonun yeni iş yeri açıqlandı: Gözlənilməz seçim edib
Facebook
Вконтакте
Одноклассники
Google+

Baş nazir postundan istefa verən Boris Conson yenidən jurnalist ola bilər. Telexeber.az xəbər verir ki, bu barədə Böyük Britaniya mediası məlumat yayıb.
“Daily Mail” qəzeti yazır ki, bir sıra qəzetlər Boris Consonla danışıqlar aparır. Boris Consonun yenidən jurnalist olmağa müsbət yanaşdığı deyilir. Hətta Consonun bir media qurumu ilə razılıq əldə etdiyi bildirilir.
Qeyd edək ki, Boris Conson baş nazir seçilməzdən əvvəl jurnalist işləyirdi. O, qəzetlərdə köşə yazıları yazırdı. Baş nazir seçiləndən sonra Conson köşə yazılarını yazmağı dayandırıb.