Türkiyə məqsədinə çatır: ABŞ-dan gözlənilməz dəvət
Facebook
Вконтакте
Одноклассники
Google+

Türkiyənin Milli Müdafiə Nazirliyinin nümayəndə heyəti Vaşinqtonun dəvəti ilə ABŞ-a səfər edib.
Telexeber.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfərin məqsədi F-16 təyyarələrinin Türkiyəyə təchizatı və modernləşdirilməsinin tez bir zamanda həyata keçirilməsini müzakirə etməkdir. Xatırladaq ki, bundan əvvəl məsələ ilə bağlı Türkiyədə üç dəfə toplantı keçirilib. Yunanıstan tərəfi F-16 təyyarələrinin Türkiyəyə verilməsinə qarşı çıxır.