Ukraynada hərbi vəziyyət uzadıldı
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti 2022-ci il noyabrın 21-dək uzadılıb.
Telexeber.az xəbər verir ki, bu barədə qərarı Ukrayna parlamenti dəstəkləyib. Rada həmçinin “Ümumi səfərbərlik müddətinin uzadılması haqqında” Fərmanın təsdiqini dəstəkləyib.
Sənədləri parlamentə Ukrayna prezidenti Vladimir Zelenski təqdim edib.
Xatırladaq ki, hərbi vəziyyət dövründə Ukraynanın 18 yaşdan 60 yaşa qədər olan kişi vətəndaşlarının ölkədən kənara çıxması məhdudlaşdırılıb. Vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hərəkət azadlığı da məhdudlaşdırılır. Ölkədə komendant saatı qoyulub.
Ukraynaya Rusiyadan hərbi təcavüz 24 fevral 2022-ci il tarixində başlayıb.