Müharibənin davam etdiyi Suriyada festival keçirilib.
Telexeber.az xəbər verir ki, ənənəvi Marmarita festivalı Hums şəhərində təşkil edilib. Festivala minlərlə insan qatılıb. İnsanların olduqca xoş ab-havada olduğu müşahidə edilib. İnsanlar rəngli geyimlər geyinərək, rəqslər edib.
Qeyd edək ki, Suriyanın bir sıra şəhərlərində gərginlik davam etsə də, qərb və cənub-qərb vilayətlərində vəziyyət sabitdir.