Tayvan ordusu Çin dronlarına atəş açdı: Gərginlik pik həddədir
Facebook
Вконтакте
Одноклассники
Google+
Tayvan ordusu Kimnen adaları ətrafında uçan Çinə məxsus dronlara atəş açıb.
Telexeber.az xəbər verir ki, Tayvan ordusu əvvəlcə xəbərdarlıq atəşi açıb. Ardınca isə dron atəşə tutulub. Bundan sonra dron ərazidən uzaqlaşıb. Məlumata görə, dron Çinin Fucien vilayəti istiqamətində qayıdıb. Ardınca digər dron Erdan adası yaxınlığına yaxınlaşıb. Həmin dron da atəş açılandan sonra ərazidən uzaqlaşıb. Tayvan tərəfi bəyan edib ki, uçan apartlar hərbi dronlar olmayıb. Onların hansı məqsədlə Tayvan ərazisinə yaxınlaşdığı məlum deyil. Tayvan tərəfi bəyan edib ki, dronlar ərazidən uzaqlaşmasa atəş açılaraq məhv ediləcək.