“Nanmadol” qasırğası səbəbilə Yaponiyada 8 milyon insanın təxliyəsi barədə xəbərdarlıq edilib. Xəbərdarlıq Kyuşu, Şikoku və Çuugoku vilayətlərini əhatə edib.
Telexeber.az xəbər verir ki, ölkənin cənubundakı Kyuşu bölgəsində təsirini artıran qasırğa bir sıra fəsadlar törədib. Qasırğa istiqamətini dəyişərək digər vilayətlərə yönəlib. Yerli mənbələr ehtimal edir ki, bu, rekord miqdarda yağışın yağmasına səbəb olacaq. Sakinlərin təxliyəsi üçün xilasedicilər səfərbər olur. Onlar fəlakətin əhatə etməyəcəyi vilayətlərə yerləşdirilir.