Moskvada hərbi çevriliş həyəcanı yaşanır - Milli Qvardiya paytaxtı “mühasirəyə” aldı

Moskvada hərbi çevriliş həyəcanı yaşanır - Milli Qvardiya paytaxtı “mühasirəyə” aldıMoskvada Rusiya Milli Qvardiyası döyüş vəziyyətinə gətirilib.

Telexeber.az xəbər verir ki, bu barədə “Mirror” qəzeti məlumat yayıb. İddialara görə, Milli Qvardiya Moskvada təhlükəsizlik tədbirlərini gücləndirib. Bildirilir ki, buna səbəb Prezident Vladimir Putinin hərbi çevrilişdən qorxmasıdır. “The Sun” qəzeti isə yazır ki, general-mayor Nikolay Kuznetsovun rəhbərlik etdiyi qvardiyanın 18 min nəfərlik şəxsi heyəti Moskvanın girişində mövqe tutub. Xüsusi qüvvələr şübhəli hərbçiləri saxlayır. Qəzet iddia edir ki, Putinin qorxusu Krım körpüsünə hücumdan sonra yaranıb.
Krım körpüsünə hücumunun Rusiyadakı bəzi qüvvələr arasındakı fikir ayrılığından irəli gəldiyi irəli sürülür.
Популярный ролик