Qərb oxşar ssenarini Ukraynada tətbiq edir - Lukaşenko
Facebook
Вконтакте
Одноклассники
Google+
“Qərbin başqa ölkələrdə hərbi çevrilişlər təşkil etməsi 3-cü dünya müharibəsi təhlükəsini artırır”.
Telexeber.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Astanada Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə sammitdəki çıxışı zamanı belə deyib. O bildirib ki, Belarus öz istəyi ilə nüvə silahından imtina etsə də, qarşılığında boş vədlər alıb. “Beynəlxalq hüquqi təminatlar əvəzinə boş vədlər verdilər” deyən Lukaşenko, Budapeşt memorandumu kimi boş və dəstək verilməyən sazişlər imzalandığını ifadə edib. Lukaşenkonun sözlərinə görə, Qərb Belarusda sabitliyi pozmaq üçün cəhdlər edir.
Lukaşenko Qərbin oxşar ssenarini Ukraynada da təkrar etdiyini ifadə edib.