Dünya Ərdoğan-Putin görüşündən cavab gözləyir: Ərdoğandan İLK AÇIQLAMA
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşün mətbuata açıq hissəsində açıqlamalar verib.
Telexeber.az xəbər verir ki, Ərdoğan bildirib ki, Akkuyu AES-nin fəaliyyətə başlaması çox önəmlidir. Türkiyə lideri Sinopda da AES-in tikilə biləcəyini istisna etməyib. Türkiyə Prezidenti “Taxıl sazişi”nin qüvvədə saxlanılmasının vacibliyinə toxunub. Putin isə qeyd edib ki, Rusiyadan Avropaya təbii qaz tədarükü üçün Türkiyə etibarlı keçid məntəqəsidir. Putin Türkiyədə qurulacaq mərkəz sayəsində təbii qaz qiymətlərinin sabit olacağını irəli sürüb.
Açıqlamalardan sonra Prezidentlər təkbətək görüşə keçib.
Qeyd edək ki, görüşün gündəliyində Ukrayna məsələsi də var. Liderlərin təkbətək görüşdən sonra verəcəyi açıqlamalar vacib hesab edilir.