Türkiyə və Rusiya bu məsələdə razılığa gəlib - Ərdoğan müjdəni vermişdi
Facebook
Вконтакте
Одноклассники
Google+

Türkiyənin Sinop vilayətində AES-in inşa edilməsi üçün Ankara və Moskva arasında danışıqlar başlayıb.
Telexeber.az xəbər verir ki, bu barədə Akkuyu AES-ni inşa edən Rusiyanın Rosatom şirkətindən açıqlama verilib. Şirkətdən Rusiyanın dövlət televiziyasına bildirilib ki, Türkiyə ikinci AES-i Sinopda inşa etməyi planlaşdırır. Məlumata görə, Sinop 4 bloklu AES-in inşa edilməsi üçün uyğun ərazidir. Bəzi dairələrin iddiasına görə, tərəflər artıq razılığa gəlib.
Qeyd edək ki, Rusiyanın inşa etdiyi Akkuyu AES-i gələn il istifadəyə veriləcək. Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Türkiyədə ikinci AES inşa edə biləcəyinin mümkünlüyünü bildirmişdi.