Qazaxıstanın hərbi doktrinası dəyişdirildi

Qazaxıstanın hərbi doktrinası dəyişdirildiQazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hərbi doktrinada dəyişilikləri nəzərdə tutan sənədi imzalayıb.

Telexeber.az xəbər verir ki, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Tokayev bu barədə hələ bir il əvvəl təlimat vermişdi. Prezident bildirib ki, ölkənin müdafiə bacarıqları gücləndirilməli və təhdidilərə qarşı sürətli cavab verilməsi dövlət üçün qabaqcıl məqsəd olmalıdır.
Yeni doktrina döyüş qabilliyyətini artırmaq üçün xüsusi təyinatlı qüvvələrin bacarıqlarının artırılmasını və təhdidlərə sürətli cavab verə bilmək üçün ordunun potensialının artırılmasını nəzərdə tutur.
Популярный ролик