Rusiyaya ŞOK: Səfərbərliklə orduya cəlb edilənlər meşədə gizləniblər

Rusiyaya ŞOK: Səfərbərliklə orduya cəlb edilənlər meşədə gizləniblərRusiya ordusuna səfərbərliklə cəlb olunanlardan 100-dən çoxu həlak olub.

Telexeber.az xəbər verir ki, bu barədə “Novaya qazeta” məlumat yayıb. Bildirilir ki, itkilərin dəqiq sayı barədə məlumat yoxdur. İddialara görə, səfərbərliklə orduya cəlb edilənlərin bəziləri Luqanskda meşədə gizləniblər. Onların bir neçəsi müəyyən edilərək saxlanılıb. Meşədə gizlənən hərbçilərdən biri meşədə gizləndiyi barədə ailəsinə məlumat verib. Bilidirilib ki, çox sayda hərbçi meşədə düşərgə quraraq orada qalırlar.
Qeyd edək ki, qismən səfərbəlik çərçivəsində 300 min hərbçi orduya cəlb edilib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, onlardan 187 mini toqquşma olan ərazilərə cəlb edilib.
Популярный ролик