İsmayıllıda meşədə ağac kəsintisi ilə bağlı araşdırma aparılıb
- 19.10.2021, 09:29,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

İsmayıllı rayonu, Buynuz kəndindəki meşədə ağacın kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Xidmətin rəsmisi Bəhruz Məhəmmədov Telexeber.az-a bildirib ki, araşdırma zamanı sözügedən ərazinin Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin Qalınçaq meşəbəyliyi olduğu və qurumuş bir ağacın kəsildiyi müəyyən edilib.
O qeyd edib ki, ərazidəki bioloji inkişafdan qalaraq quruyan və küləkli hava şəraitində aşma təhlükəsi olan qurumuş bir ağac kəsilərək İsmayıllı rayonunun qazlaşdırılmamış kəndlərinin əhalisinin oduncaq tədarükü üçün istifadə olunacaq.