Britaniyanın yeni kralı III Çarlz və onun həyat yoldaşı Kraliça Konsorti Kamillaya Yorkda gəzinti zamanı yumurta atıblar.
Telexeber.az xarici mediaya istinadən xəbər verir ki, Kral və kraliça Yorkda şəhər liderləri tərəfindən qarşılanarkən, bir etirazçı onlara üç yumurta atıb. Etirazçı yumurta atarkən etirazçının kral ailəsinə söyüş söydüyü və "bu ölkə qulların qanı üzərində qurulub" və "o, mənim kralım deyil" deyə qışqırıb.
Xalq isə "Tanrı kralı qorusun" şüarları səsləndirib, digərləri isə etirazçıya “ar olsun” qışqıraraq kralı dəstəkləyib.
Hadisəni törətməkdə şübəhli bilinən şəxs isə polis tərəfindən saxlanılıb.