Təbrizdə əhali yenidən ayağa qalxdı - İsfahanda gərgin gecə
Facebook
Вконтакте
Одноклассники
Google+
İranda Məhza Əmininin ölümündən sonra başlayan aksiyalar bir neçə gün idi səngimişdi.
Telexeber.az xəbər verir ki, etirazçılar yenidən aksiyalara başlayıb. İsfahan şəhərində yürüş edən etirazçılar, ətrafda fəsadlar törədib. Nümayişçilər barikadalar quraraq, gediş-gəlişi bağlayıb. Məşəd, Rəşd, Mahabad, Şiraz və Təbriz şəhərlərində də aksiyalar müşahidə edilib. Tehranda tələbələr nəzarətə götürülən tələbələrin sərbəst buraxılmasını tələb ediblər. İranın dövlət televiziyası İrna İsfahandakı aksiyaları “İsfahanda etirazçılar bir neçə dəqiqə şəhərin atmosferini pozdu” başlığı ilə təqdim edib.