Si Cinpin Baydenə xəbərdarlıq etdi
Facebook
Вконтакте
Одноклассники
Google+
Çin tərəfi ölkə sədri Si Cinpin və ABŞ Prezidenti Co Bayden arasında İndoneziyada keçirilən görüşün detalları barədə açıqlama verib.
Telexeber.az xəbər veri ki, Si Cinpin Baydenə Tayvan barədə xəbərdarlıq edib. O bildirib ki, Tayvan məsələsi ABŞ-Çin münasibətlərinin siyasi təməlidir və Tayvan məsələsi Çinin “qırmızı xətti”dir. Si Cinpin deyib ki, Tayvanla yenidən birləşmək Çin xalqının milli dirçəlişə nail olmaq və ərazi bütövlüyünü bərpa etmək idealının əsasını təşkil edir.
Qeyd edək ki, Cinpin və Bayden G20 sammitində iştirak etmək üçün İndoneziyada səfərdədir.