G20 üzvü olan ölkələrin dövlət və hökumət başçılarının İndoneziyanın Bali adasında keçirilən IX sammiti başa çatıb.
Telexeber.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb: "Dünyamız son 3 ildir koronavirus pandemiyası ilə başlayıb müharibə və regional toqquşmalarla daha da gərginləşən ağrılı mərhələdən keçir. Enerji, qida və xammal qiymətlərinin həddən artıq bahalaşması istisnasız olaraq bütün iqtisadiyyatlara təsir edir".
Qeyd edək ki, G20-yə Türkiyə, Rusiya, ABŞ, Almaniya, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreye, Çin, Fransa, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Səudiyyə Ərəbistanı, Yaponiya və Avropa İttifaqı daxildir.