Ərdoğandan irimiqyaslı hücum anonsu: Quru əməliyyatları başlayır
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bu hərbi əməliyyatlar sadəcə hava hərakatı ilə məhdudlaşmayacaq”.
Telexeber.az “Trthaber”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Pençe-Kılıç Hava Harekatı" ilə bağlı danışarkən belə deyib. Ərdoğan bildirib ki, Türkiyənin ərazi bütövlüyünə və suverenliyinə təhlükə törədənlər bunun cavabını verəcək.
“Hücum hazırlığında olan təhdid təşkil edən terrorçular var. Bu təhdidlər Suriya tərəfində də var İraq tərəfində də var. “Bir gecə qəflətən gələ bilərik” deyəndə boş yerə səslənmədik. Terrorçuları məhv etmək Silahlı Qüvvələrimizin əsas tapşırığıdır. Bunun sadəcə hava hərakatı ilə məhdudlaşacağı müzakirə mövzusu deyil” - Ərdoğan deyib.
Qeyd edək ki, İstanbulda törədilən terror aktından sonra Türkiyə ordusu Suriya və İraqda hərbi əməliyyatlara başlayıb.