İraq XİN-dən İrana SƏRT MESAJ: "Qonşu ölkələrə zərər vurmaq üçün poliqon deyilik"
Facebook
Вконтакте
Одноклассники
Google+
İraq Xarici İşlər Nazirliyi İranın bu ölkənin şimalına hücumlarını pisləyib.
Telexeber.az xəbər verir ki, İraq Xarici İşlər Nazirliyi noyabrın 21-də yaydığı bəyanatda deyilir ki, İranın İraqın şimalındakı kürd bölgələrinə raket və dron hücumları ölkənin suverenliyinin pozulması deməkdir.
"İraq ərazisi nə döyüş meydanı, nə hesablaşma sahəsi, nə də qonşu ölkələrə zərər vurmaq üçün poliqon deyil".
Xatırladaq ki, İran hökuməti noyabrın 21-i səhər saatlarından etibarən İraqın şimal bölgəsinə raket və dron hücumlarını yenidən başladıb.