İŞİD liderinin yeri barədə məlumatı ABŞ-a İraq ordusu ötürüb
- 04.02.2022, 11:06,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

İŞİD lideri Əbu İbrahim əl Haşimi əl Kureyşinin öldürülməsi ilə nəticələnən məlumatları ABŞ-a İraq ordusu verib.
Telexeber.az xəbər verir ki, bu barədə İraq ordusundan açıqlama verilib. Açıqlamaya görə, terrorçunun yeri barədə məlumatı əldə edən İraq ordusu, onu ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə ötürüb. Qeyd edək ki, iki gün əvvəl ABŞ ordusunun Suriyanın İdlib şəhərində keçirdiyi hərbi əməliyyat nəticəsində İŞİD lideri Əbu İbrahim əl Haşimi əl Kureyşi məhv edilib.