"Ağ ev"dən Türkiyənin antiterror əməliyyatları ilə bağlı açıqlama

"Ağ ev"dən Türkiyənin antiterror əməliyyatları ilə bağlı açıqlama“Ağ ev”dən Türkiyənin Suriyanın və İraqın şimalında həyata keçirdiyi “Pənc-Qılınc” hərəkatı ilə bağlı açıqlama verilib.

Telexeber.az xəbər verir ki, “Ağ ev”in Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Türkiyə cənub sərhədlərində terror təhdidi ilə üzləşir. Onun sözlərinə görə, Türkiyənin özünü müdafiə etmək hüququ var. Kirbi hərəkatla bağlı narahatlığını da ifadə edib.


“Bölgədə birgə işlədiyimiz Suriya Demokratik qüvvələrinin İŞİD ilə mübarizədə qabilləyəti azala bilər” - Kirbi deyib.
Популярный ролик