Zelenskini sevindirən xəbər - 18 milyardlıq tələbi qəbul edildi
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa Parlamenti gələn il Ukraynaya 18 milyard avro kreditin verilməsi barədə qərarı qəbul edib.
Telexeber.az xəbər verir ki, sənədin lehinə 507, əleyhinə isə 38 səs verilib. Beləliklə, Avropa Birliyinin Ukraynaya kredit ayıracağı təsdiq edilib. Məlumata görə, kredit Ukraynaya hissələrlə veriləcək. Kredit Ukraynada mülki məsələlərə xərclənəcək. Ukraynaya ayrılacaq kreditin faizi Avropa Birliyi ölkələri tərəfindən qarşılanacaq. Kiyev krediti 10 il sonra başlamaqla 35 il ərzində ödəyəcək.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan bəri Avropa Birliyi ölkələri Ukraynaya 19,7 milyard avro dəstək verib.