Amerikalılar ABŞ ordusuna etimad etmir
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-da aparılan araşdırmaya görə, orduya etimad 50 faizdən aşağı düşüb.
Telexeber.az xəbər verir ki, bu barədə Kaliforniyada fəaliyyət göstərən Ronald Reyqan vəqfi sorğu keçirib. Sorğuda iştirak edənlərin 42 faizi orduya etimad göstərdiyini ifadə edib. Onların 62 faizi isə orduya etimad edilməməsinə səbəb kimi ordu komandalarının siyasiləşməsini irəli sürüb. Məlumata görə, 4 il əvvəl ABŞ əhalisinin 70 faizi orduya etimad edirdi. Sorğuda iştirak edənlərin 54 faizi orduya qatılmağa istəkli olmadığını ifadə edib.
Amerikalılar NATO-ya ABŞ ordusundan daha çox etimad göstərir. Belə ki, NATO-ya etimad edənlər 60 faiz olub. ABŞ-ın Ukraynaya hərbi dəstək göstərməsini dəstəkləyənlər isə 57 faiz olub.