"Mişa" tanınmaz halda - Xəstəxanadan fotoları yayıldı
Facebook
Вконтакте
Одноклассники
Google+
Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin yeni fotoları yayılıb.
Telexeber.az xarici KİV-ə istinadən xəbər verir ki, yayılan görüntülərin 1 ay əvvəl çəkildiyi bildirilir. Yerli mətbuat onun ciddi miqdarda çəki itirdiyini bildirir.
Qeyd edək ki, ötən ay onun səhhəti pisləşib. Saakaşvilinin saç nümunəsinin toksikoloji müayinəsi zamanı orqanizmdə həddindən artıq civə və digər ağır metallar aşkar edilib. M. Saakaşvili hazırda Tbilisidəki “Vivamed” özəl klinikasında müalicə olunur. O, iki hökm əsasında saxlanılıb və altı il həbs cəzası alıb. Daha 3 iş isə məhkəmə icraatındadır.