"Türkiyəni fikrindən daşındırmaq istəyirik" - Rusiyadan açıqlama
Facebook
Вконтакте
Одноклассники
Google+

“Rusiya Türkiyəni Suriyada antiterror əməliyyatı keçirmək fikrindən daşındırmaq istəyir”.
Telexeber.az xəbər verir ki, Prezident Vladimir Putinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov belə açıqlama verib. O bildirib ki, məsələ ilə bağlı Türkiyə tərəfi ilə danışıqlar davam edir. “Türkiyəni Suriyada hərbi əməliyyat keçirməməyə razı salmaq üçün səylərimiz davam edir” - Boqdanov deyib.
Qeyd edək ki, Türkiyə ordusu Suriyada hava əməliyyatından sonra quru əməliyyatlarına hazırlaşır. Rusiya tərəfi iddia edir ki, Suriyanın şimalında hərəkat vəziyyəti gərginləşdirə bilər.