ABŞ-da fırtına nəticəsində ölənlərin sayı 20 nəfəri ötdü
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ-da ölkənin şərqinə şaxta, külək və qar gətirən qış fırtınası nəticəsində ən azı 23 nəfər ölüb.
Telexeber.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.
ABŞ-a 3300-ə yaxın reys ləğv edilib, daha 7600-ü isə gecikib.
Fırtına nəticəsində şərq ştatlarında on minlərlə evdə elektrik enerjisi verilməsi dayanıb. Bildirilib ki, Şimali Karolina, Virciniya, Merilend, Pensilvaniya, Nyu York, Vermont, Nyu-Hempşir və Men ştatlarında 200 mindən çox insan işıqsız qalıb.