Ərdoğan Ukraynadakı müharibədən belə istifadə etdi - "Türkiyə super gücə çevrilir"

Ərdoğan Ukraynadakı müharibədən belə istifadə etdi - "Türkiyə super gücə çevrilir"“Financial Times” qəzeti dünyada baş verən son hadisələr barədə məqalə yayımlayıb.

Telexeber.az xəbər verir ki, “Dünyanın yeni nizamı və orta güclərin yüksəlişi” adlı məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan da xüsusi bəhs edilib. Bildirilib ki, Ərdoğan əlindəki imkanlardan istifadə edərək, xarici siyasətdə çox uğurlu həmlələr edib. Müəllif qeyd edir ki, Türkiyə NATO ölkəsi olmasına baxmayaraq, Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Məqalədə qeyd edilir ki, Ərdoğan hökuməti Finlandiya və İsveçin NATO-ya üzv olması qarşılığında Qərb qarşısında tələblər irəli sürüb. Müəllifin sözlərinə görə, Türkiyənin mövqeyi Rusiya ilə Ukrayna arasındakı müharibəyə görə daha da güclənib.


“Ukrayna müharibəsi Ankaraya üstünlük verərkən Türkiyə öz geosiyasi təsirlərindən istifadə edə bilər. Türkiyə Qara dənizdəki taxıl müqaviləsində vasitəçilik etdi və bu, bütün dünyada ərzaq qiymətlərinin artımını ləngitdi. Türkiyə gələcəkdə sülh danışıqlarında da mühüm rol oynaya bilər” - məqalədə deyilir.
Популярный ролик