Türkiyənin İzmir vilayətində kömür mədənindəki qəza ilə bağlı yeni səs yazısı yayılıb.
Telexeber.az TRT Haber-ə istinadən xəbər verir ki, səsdə işçilərdən birinə telefonla yığılıb və mədəni dərhal boşaltmaları ilə bağlı göstəriş verilib.
Səsdə "Salam, ayağı boşaldın, tamamilə boşaldın" ifadələri yer alıb. Həmçinin səs yazısında bir işçinin telefonu bağlamadan əvvəl "Ayağı boşaldın" deyə qışqırması eşidilir.
Qeyd edək ki, 14 oktyabr tarixində baş verən faciəvi qəzada 42 nəfər həyatını itirmişdi.