30 ildir axtarışda olan mafiya lideri saxlanıldı
Facebook
Вконтакте
Одноклассники
Google+
İtaliyanın Siciliya bölgəsində dünyanın ən böyük mafiya qruplaşmalarından biri “Cosa Nostra”nın lideri Matteo Messina Denaro saxlanılıb.
Telexeber.az xəbər verir ki, o 30 ildir axtarışda idi. İtaliya polisinin məlumatına görə, Matteo Messina Denaro Palermo şəhərindəki özəl xəstəxanalarının birində saxlanılıb. İtaliyanın Baş naziri Corcia Meloni mafiya liderinin saxlanılmasını “ölkə üçün böyük qələbə” kimi qiymətləndirib.
Qeyd edək ki, Matteo Messina Denaro 1990-cı illərdə bir sıra əməllərinə görə yerli sakinlər arasında rəğbət qazansa da, sonradan onun adı bir sıra qətl hadisələrində səslənib.