Müqəddəs kitabı yandıran siyasətçinin açıqlaması heyrətə gətirdi - FOTO
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin İsveçdəki səfirliyi qarşısında Quran kitabını yandıran danimarkalı siyasətçi Rasmus Paludan açıqlama verib.
Telexeber.az xəbər verir ki, o, etdiyi hərəkətdən sonra təhdidlər aldığını və qorxduğunu bildirib. Paul İsveçin “Expressen” qəzetinə açıqlamasında əməlindən peşman olmadığını ifadə edib. O bildirib ki, əvvəllər də bir sıra əməllərinə görə oxşar təhdidlər alsa da, indiki təhdidlər daha ciddidir. Siyasətçi qorxduğunu etiraf edib.
Qeyd edək ki, danimarkalı radikal sağçı siyasətçi Rasmus Paludanın Türkiyədə səfirliyi qarşısında Qurani-Kərimi yandırmasından sonra Türkiyə ilə İsveç arasında NATO-ya üzvlük məsələsinə görə onsuz da gərgin olan münasibətlər daha da gərginləşib.