"Rusiya əlaqələri dayandırdıq" deyən Qərb dünyanı belə aldadıb
Facebook
Вконтакте
Одноклассники
Google+

Rusiyada fəaliyyət göstərən Avropa İttifaqı və G7 ölkələrinə məxsus 1405 şirkətdən yalnız 120-si investisiyalarını geri çəkib.
Telexeber.az xəbər verir ki, bu barədə müstəqil akademiya təşkilatı İMD-nin Strategiya və Beynəlxalq Biznes professoru Niccolo Pisani açlıqlama verib. O bildirib ki, baş ofisi Avropa İttifaqı və G7 ölkələrində yerləşən şirkətlərin əksəriyyəti Ukrayna müharibəsi başlayandan sonra Rusiyada fəaliyyətini davam etdirib. Məlumata görə, Rusiyadakı 3444 xarici şirkətdən 2405-nin baş ofisi G7 və ya Avropa İttifaqı ölkələrində yerləşir.
Onların yalnız 8,5 faizi yəni 120-si Rusiyadan çıxıb. Rusiyada fəaliyyətini dayandıran 120 şirkətdən 25 faizi ABŞ, 12,5 faizi Finlandiya və 11,7 faizi Almaniya şirkətləridir. Digərləri isə Böyük Britaniya, Hollandiya, Fransa və digər Qərb ölkələrinə məxsusdur.