Yaponiya bu tarixdən COVID testlərini ləğv edir

Yaponiya martın birindən etibarən Çindən gələn səyahətçilərə tətbiq etdiyi COVID testi ilə bağlı məhdudiyyətlərini yüngülləşdirəcək.

Telexeber.az xarici mediyaya istinadən xəbər verir ki, artıq ölkəyə Çindən gələn turistlər virus üçün testdən keçməyəcəklər.


Bu barədə açıqlama verən Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hirokazu Matsuno mətbuat konfransında bildirib ki, qayda ləğv edilsə də səyahətçilər Yaponiyaya uçmamışdan öncə təyyarədə mənfi test nəticələrini göstərməlidirlər.

Açıqlama da o da qeyd olunur ki, bu dəyişikliklər ölkəyə rahat beynəlxalq səyahətləri dəstəkləmək üçün nəzərdə tutulub.

Xatırladaq ki, son 28 gündə dünya üzrə koronavirusa yoluxanların sayı əhəmiyyətli dərəcədə azalıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Söhbət yanvarın 23-dən fevralın 19-dək olan müddətdən gedir. Bu vaxt ərzində 5,3 milyona yaxın yeni yoluxma və 48 mindən çox ölüm halı qeydə alınıb ki, bu da əvvəlki 28 günlə müqayisədə müvafiq olaraq 89% və 62% azdır.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, hökumətlərin əlində olan vasitələr pandemiyanın 2023-cü ildə sona çatmasına imkan verir.
Популярный ролик