​Finlandiya parlamenti ölkənin NATO-ya üzvlüyünü təsdiq etdi

Finlandiya parlamenti ölkənin NATO-ya üzv olması ilə bağlı qanun layihəsini qəbul edib.

Telexeber.az xəbər verir ki, bu barədə Finlandiya hökuməti açıqlama yayıb. Bildirilib ki, 184 deputat qanun layihəsinin lehinə səs verib. 7 deputat isə ölkənin Alyansa üzvlüyünün əleyhinə çıxıb.


Qanunun qüvvəyə minməsi üçün Prezident Sauli Niinistö sənədi təsdiqləməlidir.
Популярный ролик