Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Facebook
Вконтакте
Одноклассники
Google+

Türkiyənin Kahramanmaraş şəhərində 5 bal gücündə zəlzələ baş verib.
Telexeber.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd edilib ki, onikişubat rayonunda yerli vaxtla saat 05:53-də baş verən zəlzələnin dərinliyi 6,95 kilometr olub. Zəlzələ ətraf şəhərlərdə də hiss olunub.