ABŞ İrana yeni sanksiyalar tətbiq etdi

ABŞ Dövlət Departamenti İranın neft məhsullarını satan və idxalını həyata keçirən 6 şirkətə qarşı sanksiya tətbiq edib.

Telexeber.az xəbər verir ki, bu barədə Dövlət Departamentindən açıqlama verilib. Bildirilib ki, sanksiya tətbiq edilən şirkətlərdən biri Vyetnama, ikisi Çinə, ikisi İrana, biri isə Birləşmiş Ərəb Əmirliklərinə məxsusdur. Bu şirkətlərə məxsus 20 gəminin də sanksiyalara məruz qaldığı bildirilib.


Məlumata görə, bu şirkətlərin və şirkət nümayəndələrinin ABŞ-dakı bütün əmlakları diqqətdə saxlanılır.
Популярный ролик