Avropa İttifaqı Çinə qarşı sanksiyalar tətbiq edə bilər
Facebook
Вконтакте
Одноклассники
Google+
Çinin Rusiyaya silah tədarükü təsdiqini taparsa, Avropa İttifaqı Pekinə qarşı sanksiyalar tətbiq edə bilər.
Telexeber.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Aİ institutlarındakı mənbəyə istinadən məlumat yayıb.
“Çin Rusiyaya silah tədarük edərsə, bu, sonuncu qırmızı xətt olacaq. Aİ sanksiyalarla cavab verəcək”, - agentlik adı açıqlanmayan rəsmidən sitat gətirib.
Fevralın 21-də Brüsseldə keçirdiyi mətbuat konfransında Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Van İ ilə Münhen görüşündə Rusiyaya silah tədarükünün qəbuledilməz olduğunu deyib.
Onun sözlərinə görə, Van İ əmin edib ki, Çin Rusiyaya silah tədarük etmir.