Ukrayna Rusiya əsirliyindən 12 vətəndaşını qaytarıb

Bazar ertəsi, aprelin 3-də Ukrayna Rusiya əsirliyində olan daha 12 vətəndaşını qaytarıb. Onların arasında 10 hərbçi və 2 mülki vətəndaş var.

Telexeber.az bu barədə Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahının bəyanatına istinadla xəbər verir.
Məlumatda deyilir: “On müdafiəçi əsgər və çavuş heyətinə aiddir. Onlar xüsusən, Baxmut, Donetsk vilayətinin Opıtnoe və Orexovo-Vasilyevka kəndləri, Luqansk vilayətinin Kremennaya və Krasnopopovka yaşayış məntəqələrinin yaxınlığında gedən döyüşlərdə əsir götürülüb”.

Qeyd edək ki, genişmiqyaslı işğalın başlanmasından sonra artıq 2005 ukraynalı əsirlikdən azad edilib.
Популярный ролик