Əminə Ərdoğan Sərvər Bəşirlini iftara dəvət etdi - FOTO
- 19.04.2023, 10:00,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Türkiyənin birinci xanımı Əminə Ərdoğan Türkiyə-Azərbaycan qardaşlığının simvoluna çevrilmiş Sərvər Bəşirlini, onun yaxın qohumları İmamverdi Bəşirlini və daha bir yaxın qohumunu prezident sarayına iftar yeməyinə dəvət edib.
Telexeber.az Musavat.com-a istinadən xəbər verir ki, dəvət məktubunda qeyd edilib: "Əminə Ərdoğan Prezident Sarayında 18 aprel 2023-cü il tarixdə, çərşənbə axşamı saat 19:36-da verəcəkləri iftar yeməyinə qatılmağınızı rica edir".
İftar yeməyindən sonra isə xatirə fotoları çəkilib.
Qeyd edək ki, Sərvər Bəşirli Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələ zamanı qırmızı rəng köhnə maşını ilə yorğan-döşək daşıyaraq Türkiyəyə yardım kampaniyasına qoşulmuşdu. Onun yardım zamanı çəkilən fotosu gündəm olmuşdu.
