Bir müddət Beyləqan rayon Hərbi Komissarlığında rəis vəzifəsini icra edən Əlsafa Məmmədovun sərbəst özbaşınalığı, "maneəsiz inkişaf edən əsgər biznes"i Beyləqan rayon sakinlərini lap təngə gətirmişdir desək yanılmarıq.Bununla bağlı vətəndaşlar haqlı olaraq şikayətlər edir və bu şikayətlər əsasında mətbuatda dəfələrlə yazılar dərc olunub,aidiyyatı orqanlara çatdırılmışdır.Ancaq əfsuslar olsun ki,aidiyyatı orqanlar tərəfindən xalqın şikayətinə biganə və soyuq yanaşılır.Telexeber.az-ın araşdırması nəticəsində məlum oldu ki,sən demə Ə.Məmmədov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimovun qohumu imiş və bunu hər dara düşəndə əlində bayraq edir.
Məs buna görədir ki,Beyləqəan rayon sakinlərinin çox saylı haqlı şikayətlərindən təngə gələn Ə.Məmmədov və "day-dayı"sı "B planı"na keçid edir.
Əlsafa Məmmədov Beyləqan rayon Hərbi Komissarlığında tutduğu vəzifədən azad edilib və eyni vəzifə üzrə, yəni Sabirabad rayon Hərbi Komissarlığına rəis təyin edilir.Bu da onu düşünməyə əsas verir ki, Əlsafa Məmmədovun fəxrlə hər kəsə barəsində bəhs etdiyi "day-dayı" söhbətinin həqiqət olmasının işarəsi idi, yaxud da bir sübutuydu.
Yoxsa, korrupsioner olması barəsində bütöv bir rayonun əksər sakinlərinin şahidliyi və narazılığı olan məmuru, üzərində əyləşib, hər kəsə "meydan oxuduğu" kürsüsündən endirmək yerinə, o kürsünü başqa bir rayona evakuasiya etmək nə deməkdir?
Yəqin, işindən azad etməyə "adamları" qıymayıb, ya da onun bu cür çalışması kimlərinsə də işinə yarayır.
Prezident İlham Əliyev general-polkovnik Arzu Rəhimovla bağlı imzaladığı sərəncam Əlsafa Məmmədovu çıxılmaz vəziyyətə salıb.
59 yaşlı A.Rəhimov 2012-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edirdi.
Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni rəis təyin edib.Sərəncamla bu vəzifəyə Mürsəl Qorxmaz oğlu İbrahimov təyin olunub.
Telexeber.az-ın əməkdaşları adından Mürsəl Qorxmaz oğlu İbrahimovu təbrik edir və ilk müraciətimizi,yəni xalqın haqlı narazıçılığını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin diqqətinə çatdıracağımızdan əmin ola bilərsiniz.
Bizi izləməyi unutmayın,, gələn səyfəmizdə Beyləqan və Sabirabad rayon sakinlərinin əsaslı şikayətləri xəbər səyfəmizdə işıqlanacaq.