Hər gün eşitdiyimiz, gördüyümüz, mediadan izlədiyimiz xəbərlərin böyük əksəriyyəti yol qəzaları ilə bağlıdır. Telexeber.az: Elə bu qəzalar səbəbindən ən çox giley-güzar mənbəyi olan da bacarıqsız sürücülərdir.Hamımız sürücüləri qınayırıq, amma bu bacarıqsızlara sürücülük hüququ verən orqanı qınamaq isə çoxlarımızın ağlına gəlmir. "MERO" kimi tanıdığımız Qeydiyyat, İmtahan və texniki baxış şöbələrində əməlli-başlı açıq bazar fəaliyyət göstərir.Həmin "bazar"lardan biri də Yevlax rayon "MERO" -dur. Hansı ki, sözügedən qurumda lentə alınmış görüntülər artıq bir neçə gündür ki, sosial şəbəkələrdə və media gündəmində məşhurluq qazanıb.Baxmayaraq ki, artıq "Həsən ağanın qohumu" işdən çıxarılıb, sözügedən quruma yeni rəis olaraq Cavanşir Vəliyev təyin edilib. Qeyd edək ki, C.Vəliyev əvvəllər Yevlax DYP-nin rəisi olub.
Amma, görünən o ki, Yevlax rayon 7 saylı Qeydiyyat, İmtahan və texniki baxış şöbəsində dəyişən sadəcə rəisdir. "Qayda"lar Elxan Əliyevin dövründə olduğu kimi davam edir. O zamanlar da açıq bazar idi, indi də...
Nəyinki qarşısını almaq, hətta İddia olunur kı, Yevlax Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinin rəisi vəzifəsinə yeni təyin olunan polis polkovnik leytenantı Cavanaşir Vəliyev texniki baxışın qiymətini iki dəfə qaldırıb…
Telexeber.az-a daxil olan video faktı diqqətinizə çatdırıram.