Neftçala bələdiyyəsinin sədrinin məhkəməsi başlayır
- 23.05.2023, 08:43,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Neftçala bələdiyyəsinin sədrinin qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.
Bu barədə Telexeber.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, 20.10.2022-ci il tarixdə Neftçala Rayon Prokurorluğunda rayon bələdiyyəsində müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı cinayət işi başlanılmışdı.
Toplanmış sübutlarla Rövşən Quliyevin Neftçala bələdiyyəsinin sədri vəzifəsində işlədiyi 2018-2022-ci illər ərzində xeyli miqdarda bələdiyyə əmlakını mənimsəməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, külli miqdarda rüşvət alması və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Quliyevə Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib.