Buna görə 40 manat cərimələnə bilərsiniz - XƏBƏRDARLIQ
- 23.05.2023, 14:36,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi moped və moto idarə edən sürücülərə xəbərdarlıq edib.
İdarə rəsmisi, polis mayoru Araz Əsgərli Telexeber.az-a bildirib ki, yaz mövsümü ilə əlaqədar bəzi moped və moto idarə edən şəxslər motodəbilqədən istifadə etmir:
"Motodəbilqədən istifadə etməmək inzibati məsuliyyət formalaşdırmaqla yanaşı, yol-nəqliyyat hadisəsi zamanı risk yaradır. Bu da yol-nəqliyyat hadisələrində geri dönüşü olmayan faciələrə yol açır. Bütün moped və moto idarə edən sürücülərə, eləcə də onların sərnişinlərinə nəzərdə tutulan qaydalara ciddi riayət etməyi, özlərinin və sərnişinlərinin həyat və sağlamlığını biganə qalmamağı xahiş edirik.
Moto dəbilqədən istifadə etməyən sürücülərin İnzibati Xətalar Məcəlləsinə əsasən 40 manat, sərnişinlərin isə 30 manat məbləğində cərimə olunması nəzərdə tutulur".