Atasının işinə,vəzifəsinə və ən əsası 211 lə başlayan mobil nömrəsinə güvənib hərbi əlili ağ yudu,qara sərdi.


31.05.2023 cü il tarixində,saat təqribən 12 radələrində, hərbi əlil tərəfindən edilən zəng, ehtiyasızlıqdan mobil nömrənin rəqəmini səf yazaraq tanımadığı başqa bir şəxsə düşür və arada olan çaşqınlıq, bir tərəfli olduğu üçün mesaj vasitəsi ilə qarşı tərəfə üzrxahlıq yazılı şəkildə bildirilir.Mobil telefonda iki nömrə olduğu üçün yazılı şəkildə qeyd olunan üzrxahlıq mesajı 2 dəfə ayrı-ayrı mobil nömrələrdən qarşı tərəfin mobil nomrəsinə gedir.Ancaq,01.06.2023 cü il tarixində saat 09:57 də hərbi əlilin mobil nömrəsinə qarşı tərəfdən gələn yazılı mesaj, vəziyyəti bir qədər gərginləşdirir.Çünki,qarşı tərəf mesajda yazaraq qeyd edir ki:
-"Onda ... yeyib birdə narahat eləmə sonuvu polisdə görərsən. "
Bu təhqirə dözməyən hərbi əlil qarşı tərəfin mobil nömrəsinə zəng edərək açıqlama tələb edir.Özü Özündə fikirləşir ki,
-Axı mən ehtiyatsızlıqdan etdiyim səhv üçün qarşı tərəfdən üzür istədim,bəs bu niyə mənə bu cür təhqir edici mesaj yazsın?!
Zəngi açan qarşı tərəf nədənsə ürəyi oqədər dolu idi ki,ağzımızı açmağa imkan vermədi,ölumlə,yox etməklə,məhv etməklə və kimliyi,vəzifəsi bəlli olmayan atası ilə,həmçinin atasına məxsus (dediyinə görə) 211 lə başlayan mobil nömrəsi ilə hərbi əlili təhqir və təhdid etdi.
Bu cür insanlardan hərşey gözlənilir qorxusu ilə (zatən danışıqda qarşı tərəf bunu açıq aşkar təhdit formasında qeyd edir) adının açıqlanmasını istəməyən hərbi əlil, bu xəbəri təsdiqləyəcək faktları mətbuata təqdim edir və bildirir ki,
-Həyatımın və ailəmin təhlükəsizliyinin təmin olunması, həmçinin məni təhdit edən qarşı tərəfin cinayət məsuliyyətinə cəlb olunub cəzalanması üçün, hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət edəcəm.
Telexeber.az-a daxil olan səs yazısını və sözü gedən etikadan kənar mesajı oxucuların diqqətinə çatdırırıq.
Популярный ролик