Ermənistanın yaydığı məlumat YALANDIR
- 10.06.2023, 10:44,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya iyunun 9-u saat 18:30-da Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularını daşıyan avtomobilə atəş açılması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.
Bu barədə Telexeber.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildiriblər.
"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - Azərbaycanın Müdafiə Nazirliyindən qeyd edilib.