Bir çoxları xəbərin başlığına görə bəlkədə bizdən inciyəcək,elə o bir çoxlarının bu cür düşüncəsini nəzərə alıb Telexeber.az da kimisə bəzəməmişik,öz düşüncəmizlə və əlimizdəki faktlara güvənərək xəbər dərc edirik,oxuculara kimin nə olduğu haqda doğru məlumat veririk. Göyçay rayonu melorasiyasında baş vermiş haqsızlıqlarla əlaqəli Telexeber.az a video fakt göndərilib və bizdə işıqlandırmamışdan öncə, qarşı tərəfin mətbuat xidməti olan Dilqəm bəyin məsələyə aydınlıq gətirməsi üçün, whatsapp vasitəsi ilə video faktı paylaşdıq.Dilqəm bəy, hərzamanki kimi məsələ ilə yalan dolan fikir söyləyib, bizi qara siyahıya atdı.Bilmirəm bu təlimatı buna kim veribsə, tapşırığı çox gözəl yerinə yetirir deyə bilərik. Bizi bir sualın cavabı maraqlandırır, ay Dilqəm bəy,sən kimsən ki,fakta əsasən araşdırma aparan jurnalistin mobil nömrəsini qara siyahıya atırsan?!Sənə aylıq nəvacibi hökumət ödəyirsə,onun qoyduğu qanunlarada riayət etmək məcburiyyətindəsən,əksi təqdirdə aidiyyəti orqanlar, sənin o dinc durmayan məhşur barmağına (hansı ki əksəriyət mətbuat işçiləri o barmaqdan şikayət edir) qanuna müvafiq olaraq müxtəlif cəza tətbiq edəcək.Arada tutduğun vəzifəni xatırla, yada xatırlatması üçün kimlərdənsə xahiş et. Xatırladaq ki, D.Şərifov 2005-2018-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor, böyük redaktor və aparıcı vəzifələrində çalışıb və 2018 ci ildən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə mətbuat katibi təyin edilib.
Daha ətraflı gələn buraxılışımızda,bizi izləməyə davam edin.