Baş nazirdən Fuad Nəcəfli ilə bağlı QƏRAR
- 18.07.2023, 10:33,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı genişlənib.
Telexeber.az xəbər verir ki, baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi VIP siyahısına əlavə edilib.
Xatırladaq ki, Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflidir.